22.02.2019

İmişli RTŞ-də seminar keçirilib

Fevralın 20 – 21-də İmişli Rayon Təhsil Şöbəsində Təhsil Nazirliyinin tabeliyindəki qurumların (o cümlədən təhsil müəssisələrinin) sosial şəbəkələrdən səmərəli istifadəsi barədə 14 fevral 2019-cu il tarixli F-81 nömrəli əmrinin icrası ilə bağlı seminar keçirilib.

Seminarda rayonun ümumi təhsil və məktəbdənkənar müəssisələrinin rəhbərləri iştirak edib. Sosial şəbəkələrdə məktəb səhifələrinin idarə olunması ilə bağlı qaydalar iştirakçıların diqqətinə çatdırılıb.

Məktəblərin sosial şəbəklərdə səhifələrinin yaradılmasında məqsəd onların gündəlik fəaliyyətinin, məktəbdəki tədris prosesinin, əlamətdar günlərin və maraqlı olacaq məlumatların paylaşılmasıdır.

Sonda seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.


Açar sözlər: ,  ,