25.02.2019

UGİŞM-də yarış keçirilib

Fevralın 21-23-də İmişli rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika şahmat festivalının II (rayondaxili) mərhələləri üzrə yarış keçirilib.

Yarışda İmişli rayonu ümumi təhsil məktəblərində “Şahmat” fənni tədris olunan pilot məktəblərinin - İmişli şəhər 2, 7 saylı şəhər, Şahverdli və Yalavac kənd tam orta məktəblərinin şagirdləri iştirak edib.

2-4-cü sinifləri əhatə edən yarışda həmin məktəblərdən ümumilikdə 24 nəfər şagird iştirak edib.  Ümumi nəticədə 2 saylı və 7 saylı məktəblərin şagirdləri yarışın qalibi olublar.

Qaliblər respublika şahmat festivalının zona mərhələsində iştirak edəcəklər.


Açar sözlər: ,  ,  ,