01.03.2019

Voleybol üzrə rayon birinciliyi keçirilib

Fevralın 21-27–də İmişli rayonu ümumi təhsil müəssisələrinin şagirdləri arasında 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilib. Yarış İmişli RTŞ-nin təşkilatçılığı, İmişli rayon Gənclər və İdman idarəsinin, İmişli rayon UGİŞM-nin dəstəyi ilə təşkil olunub.

Yarışda 2002-2003-cü il təvəllüdlü şagirdlər iştirak edib. Rayon birinciliyində gücünü sınayan 11 komandadan finala şəhər 2 və 7 saylı tam orta məktəblərin komandaları çıxıb.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə isə şəhər 2 saylı tam orta məktəbin komandası qalib gəlib. Qalib komandanın və 2-ci yerin sahibləri yarışın təşkilatçıları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Yarışın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanın şagirdlər arasında sağlam həyat tərzi kimi təşviqi, onların məktəbdənkənar fəaliyyətlərinin səmərəli keçirilməsi olub.


Açar sözlər: ,  ,