04.03.2019

"Yol hərəkəti qaydaları" mövzusunda açıq dərs

İmişli rayonunun Buludlu kənd tam orta məktəbində ibtidai sinif müəllimi Ülkər Cabbarova 4-cü sinifdə Həyat bilgisi fənnindən "Yol hərəkəti qaydaları" mövzusunda açıq dərs keçib.

Dərsdən əvvəl Ülkər müəllimin təşkilatçılığı və məktəb rəhbərliyinin dəstəyi ilə şagirdlər yol gəzintisinə çıxıb. Məqsəd şagirdlərin əyani olaraq yol qaydalarından istifadə və yol nişanlarının tanımalarının insan həyatı üçün əhəmiyyətini bilmələri olub.

Müasir təlim üsulları ilə keçirilən dərsdə şagirdlər əyani vasitələrlə yol hərəkəti, yol hərəkəti zamanı daha çox diqqət edilməli olan qaydalar, qəza hadisəsi zamanı ilk olaraq görülən işlər barədə təqdimatlar edib. Mövzu ilə bağlı müxtəlif məzmunlu maarifləndirici səhnəciklər göstəriblər. Onlar böyük həvəslə qrup tapşırıqlarını yerinə yetiriblər.

Dərs zamanı dərslər arası inteqrasiya yüksək səviyyədə təşkil olunub. Şagirdlər yol nişanlarını rəngləyib iş vərəqlərindəki xanalara yapışdırıblar. Sonda qrupların qiymətləndirilməsi ilə yanaşı şagirdlər özünü qiymətləndirmə cədvəli vasitəsi ilə dərsi nece mənimsədiklərini nümayiş etdiriblər.

Dərsdə müşahidəçi qismində məktəb direktoru, direktor müavini, psixoloq və digər sinif müəllimləri iştirak ediblər.


Açar sözlər: ,  ,  ,