05.03.2019

Olimpiadanın keçiriləcəyi mərkəzlər və təhsil müəssisələri məlum olub

Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turunun təşkil ediləcəyi mərkəzlər və təhsil müəssisələri məlum olub.

İmişli rayonunun ümumi təhsil məktəblərindən olimpiadanın yarımfinal turunda 83 nəfər şagird iştirak edəcək. Olimpiada 31.03.2019-cu il tarixdə saat 10:00-da Şirvan şəhəri E. İmanov adına 10 saylı tam orta məktəbdə keçiriləcək.

Olimpiadanın yarımfinal turunda iştirak edəcək şagirdlər 06-20 mart tarixləri arasında www.olimpiada.edu.az saytında onlayn olaraq qeydiyyatdan keçməlidirlər. Vaxtında qeydiyyatdan keçməyənlərin sonradan qeydiyyatı aparılmayacaq.

Qeydiyyatdan keçən hər bir şagird özünün buraxılış vərəqəsini çap etməli və üzərinə şəklini yapışdırmalıdır. Şagirdin buraxılış vərəqəsi təhsil aldığı məktəbin möhürü ilə təsdiqlənməlidir.