05.03.2019

“Ən yaxşı təqdimat” müsabiqəsinin məktəbdaxili qiymətləndirilməsi keçirilib

İmişli rayonu Cəfərli kənd 2 saylı tam orta məktəbin 9-11-ci sinif şagirdləri arasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin məktəbdaxili qiymətləndirilməsi keçirilib.

Məktəbin 9-cu sinif şagirdi Kəmalə Rəhimli müsabiqənin bu mərhələsinin qalibi olub və yarışın rayon mərhələsində iştirak edəcək.

Azərbaycan Respublikası təhsil nazirinin 29 yanvar 2019-cu il F-53 nömrəli əmrinə əsasən keçirilən müsabiqənin əsas məqsədi müstəqil Azərbaycanın dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsidir.


Açar sözlər: ,  ,  ,