11.03.2019

Buraxılış imtahanının birinci mərhələsi keçirilib

Martın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) İmişli rayonunun ümumi təhsil müəssisələrinin şagirdləri üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsini keçirib. 3 mərkəzdə keçirilən imtahanda 1166 nəfər şagir iştirak edib.

3 saat davam edən imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. 

Buraxılış imtahanının nəticəsi imtahanın ikinci mərhələsi keçirilənədək elan olunacaq.


Açar sözlər: ,  ,