11.03.2019

Bilik yarışı keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə bilik yarışı keçirilib. Yarışda məktəbin 8 və 9-cu sinif şagirdlərindən ibarət olan komandalar iştirak ediblər. Yarış Azərbaycan dili və cöğrafiya fənləri üzrə keçirilib.

Yarışın keçirilməsində məqsəd şagirdlərin Azərbayan dili və coğrafiya fənni üzrə biliklərini inkişaf etdirmək, elmə, maarifləndirici yarışlara maraqlarını artırmaq olub.

Coğrafiya müəllimi Raqif Qəhrəmanovun rəhbərliyi ilə keçirilən yarışda 8-ci sinfin “Bermud” komandası daha yüksək intellekt nümayiş etdirərək qalib gəlib.

Məktəbin direktoru Validə Zülfüqarova qalib komandanın üzvlərinə fəxri fərman təqdim edib.


Açar sözlər: ,  ,  ,