11.03.2019

Direktor müavinlərinin iştirakı ilə seminar keçirilib

İmişli rayonunun ümumtəhsil məktəblərinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılarının rayon Təhsil şöbəsində seminarı keçirilib.

Seminarda Azərbaycan Respublikası Təhsil nazirinin 14 avqust 2018-ci il F-550 nömrəli "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə", 15 yanvar 2019-cu il tarixli F-18 nömrəli “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə əmrlərinin icra olunması və bununla bağlı məktəblərdə aparılan işlər müzakirə olunub.

Seminrda müvafiq tələblərə uyğun olaraq şagirdlərdə milli-mənəvi dəyərlərin, vətənpərvərlik tərbiyəsinin aşılanması, müstəqil həyata hazırlanmasının əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Bununla bağlı məktəblərdə görülən işlərin formallıqdan, yalnız sənədləşdirmədən ibarət deyil, real olaraq aparılan işlərin şagirdlərin həyatda şəxsiyyət kimi formalaşmasında əvəzsiz rolundan da danışılıb. 

Sonda mart ayının axırlarına qədər nəzərdə tutulan görüləcək işlər barəsində təşkilatçılara müvafiq tapşırıqlar verilib.


Açar sözlər: ,  ,