12.03.2019

“Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar "Ən yaxşı təqdimat" müsabiqəsinin məktəbdaxili qiymətləndirilməsi keçirilib.

Müsabiqə iştirakçıları "Ümummilli lider Heydər Əliyev - şərəfli ömrün salnaməsi" başlığı altında müəyyən olunmuş 12 mövzudan biri üzrə çıxış ediblər.

Məktəbin 10-cu sinif şagirdləri Zəhra Əlizadə və Aytən Mirzəyeva müsabiqənin bu mərhələsinin qalibi olublar və yarışın rayon mərhələsində iştirak edəcəklər.


Açar sözlər: ,  ,  ,