12.03.2019

“Unutmayaq, unutmasınlar”

Dədəş İnşallah oğlu Vəliyev 1941-ci ildə Əliqulular kəndində kolxozçu ailəsində anadan olub. Orta məktəbi kəndə bitirən Dədəş 1966-cı ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirib.

1967-ci ildən Əliqulular kənd orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb. O, pedaqoji fəaliyyətinin ilk günlərindən məktəbin müəllim kollektivinin, şagirdlərin və valideynlərin böyük hörmət və etimadını qazanıb.

Bir müddət sonra o, Əliqulular kənd orta məktəbin direktor müavini və bir il sonra məktəbin direktoru vəzifəsinə təyin edilib. Ona göstərilən etimadı ləyaqətlə doğruldan Dədəş müəllim 22 il bu vəzifədə çalışıb. “Qabaqcıl maarif xadimi” döş nişanına və müxtəlif fəxri fərmanlara layiq görülüb.

Dədəş Vəliyev 1994-cü ildə vəfat edib.


Açar sözlər: ,  ,