13.03.2019

“Sağlam həyat tərzi seç, sağlam yaşa” adlı maarifləndirici tədbir keçirilib

Yalavac kənd tam orta məktəbdə İmişli rayon İcra Hakimiyyətinin və İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının və 9-11-ci sinif şagirdlərinin iştirakı ilə “Sağlam həyat tərzi seç, sağlam yaşa” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə polis mayoru Rəfael Bayramov çıxışında şagirdlərə sağlam həyat tərzinin aşılanmasında, onlar arasında zərərli vərdişlərə, xüsusilə narkotikaya qarşı meylin qarşısının alınmasında ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri, xüsusilə də psixoloqların qarşısında duran mühüm və məsul vəzifələrdən söhbət açıb. O, rayonda gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülən tədbirlərdən və işlərdən danişıb.

Sonda İmişli rayon İcra Hakimiyyətinin əməkdaşı Rüfət Muradov şagirdlərin suallarını cavablandırıb. O, gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən müxtəlif tədbirlərin əsas məqsədinin gənclərin bu bəladan uzaqlaşdırılması və onlarda sağlam həyat tərzinin təbliği olduğunu qeyd edərək narkomaniyanın fəsadlarının nə qədər təhlukə yaratdığını şagirdlərin diqqətinə çatdırıb.

 


Açar sözlər: ,  ,  ,