13.03.2019

“Hərəyə bir ağac əkək” adı altında məktəbyanı sahədə ağac əkiblər

İmişli şəhər 5 saylı məktəb-liseyin 3-cü sinif şagirdləri məktəbin ibtidai sinif müəllimi Kamilə Dəmirovanın təşkilatçılığı ilə “Hərəyə bir ağac əkək” adı altında məktəbyanı sahədə ağac əkiblər.

Tədbirin keçirilməsində məqsəd təbiətin bizim ümumi "evimiz" olduğunu və buna görə də onu qorumağın vacibliyinin şagirdlərdə vərdişə çevrilməsi olub.

Tədbirdə əkdikləri ağacları ən azı 8 il özləri qoruyacaqlarını vurğulayan şagirdlər sadəcə olaraq ağac əkməklə yox, təbiəti sevdiklərini və ona qayğı ilə yanaşdıqlarını bildiriblər.


Açar sözlər: ,  ,