14.03.2019

“Sərhəd” hərbi-idman oyununun 1-ci mərhələsi keçirilib

Martın 13-də Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliklərinin tədbirlər planına uyğun olaraq “N” saylı hərbi hissədə “Sərhəd” hərbi-idman oyunu keçirilib.

Hərbi-idman oyununda İmişli rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən Hacırüstəmli, Qızılkənd, Qaragüvəndikli, Çaxırlı, Aranlı kənd 1, 2 saylı və Bəhrəmtəpə qəsəbə tam orta məktəblərinin 10-cu sinif şagirdlərinin komandaları iştirak ediblər. Çaxırlı kənd tam orta məktəbin “Sərhədçi” komandası yarışın qalibi olub.

Diplom və hədiyyələrlə mükafatlandırılan qalib komanda hərbi-idman oyununun 2-ci turunda iştirak edəcək.

“Sərhəd” hərbi-idman oyunu sərhədyanı yaşayış məntəqələrinin gəncləri arasında hərbi-vətənpərvərlik işinin yüksəldilməsi və Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinin qeyd edilməsi məqsədi ilə keçirilir.


Açar sözlər: ,  ,