18.03.2019

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib

İmişli Rayon Təhsil Şöbəsində rayonun ümumi təhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Rayonun ümumi təhsil məktəblərindən seçilmiş 47 nəfər şagirdlərin iştirakı ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsində qalib gələn şagird müsabiqənin respublika mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin keçirilməsinin məqsədi müasir müstəqil Azərbaycanın qurucusu - Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsini daha da gücləndirməkdir.


Açar sözlər: ,  ,  ,