04.04.2019

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

31 mart 2019-cu il tarixində keçirilmiş Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.

Nəticələrə əsasən, İmişli rayonu ümumi təhsil məktəbləri üzrə birinci mərhələdə iştirak etmiş 83 nəfər şagirddən 5 nəfəri olimpiadaların Respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb. Belə ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1, riyaziyyat fənni üzrə 2, kimya fənni üzrə 1 və coğrafiya fənni üzrə 1 nəfər şagird uğur əldə edib.

Xatırladaq ki, Respublika fənn olimpiadalarının Respublika mərhələsinin final turu may ayında keçiriləcək.

Olimpiadanın yarımfinal turunun bütün nəticələri www.olimpiada.edu.az saytında yerləşdirilib.

Fənn olimpiadalarının yarımfinal turunda iştirak etmiş şagirdlərin nəticələri təhsil aldıqları məktəblərə göndəriləcək.

 

Azərbaycan dili fənni üzrə

S.s

Soyadı, adı və ata adı

Sinif

Məktəb

Yekun bal

1

Hümbətli Məryəm Nazim qızı

11

1 saylı məktəb-lisey

94.5

Riyaziyyat fənni üzrə

1

Vəlizadə İltizam İkram oğlu

11

Mürsəlli kənd tam orta məktəb

80

2

Ağaşov Turqut Rövşən oğlu

11

1 saylı məktəb-lisey

76

Kimya fənni üzrə

1

Zeynalova Səkinə Vahid qızı

11

3 saylı tam orta məktəb

29.25

Coğrafiya fənni üzrə

1

Həsənli Xan Tapdiq oğlu

10

Xəlfəli kənd tam orta məktəb

84.5