08.04.2019

I sinfə qəbulla bağlı Müsahibə komissiyası fəaliyyətə başlayıb

2019-2020-ci tədris ilində İmişli rayonu ümumi təhsil müəssisələrində tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyası fəaliyyətə başlayıb.

İmişli Rayon Təhsil Şöbəsində (RTŞ) yaradılmış komissiya uşaqların rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsini aşağıdakı meyarlar üzrə aparır:

                                        1) dinlədiyini anlayır,

                                        2) ünsiyyət qurur,

                                        3) öz fikrini sadə formada bildirə bilir,

                                        4) adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir,

                                        5) özü və ailəsi haqqında qısa məlumat verir.

Uşaq üç və üçdən artıq meyar üzrə müsbət rəy alarsa, yekun müsbət hesab edilir.