09.04.2019

Məlahət Aslanova

Məlahət Aslanova 1963-cü ildə Tərtər rayonunda anadan olub. O, 1987-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirib və həmin ildən Aranlı kənd 1 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb.

Məlahət müəllim müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində (DQ) ən yüksək – 60 bal toplayıb. O, dəfələrlə İmişli Rayon Təhsil Şöbəsindən (RTŞ) və fəaliyyət göstərdiyi məktəbdən gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə diplom və təşəkkürnamələrlə təltif olunub.

32 ildir ki, müəllimlik adını daşıyan Məlahət müəllim deyir ki, “Şagirdlərimin üzü güləndə, sevinəndə o gülüşdən, o sevincdən mən də özümə pay götürürəm. Bu, mənim ən böyük hədiyyəm, mükafatım olur.”