10.04.2019

“Unutmayaq, unutmasınlar”

Çərkəz Mənsim oğlu Köçəriyev 1920-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.

O, əvvəlcə Sabirabad pedaqoji texnikumunu, sonra isə ADPİ-nun Azərbaycan dili və ədəbiyyatı fakültəsinin bitirib. 1937-ci ildən Bəhrəmtəpə qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb.

Böyük Vətən müharibəsində iştirak edən Çərkəz müəllim göstərdiyi rəşadət və hünərinə görə müxtəlif təyinatlı orden və medalla təltif olunub.

20 ildən artıq Bəhrəmtəpə qəsəbə orta məktəbində direktor müavini və direktor vəzifələrində çalışıb. 1980-2000-ci illərdə İmişli rayon müharibə və əmək veteranları şurasının sədri vəzifəsində işləyib.

Çərkəz Köçəriyev 2000-ci ildə vəfat edib.


Açar sözlər: ,  ,