11.04.2019

Ağacəkmə aksiyası keçirilib

İmişli şəhər 8 saylı tam orta məktəbdə İmişli Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev, idarə, müəssisə və təşkilatlarının kollektivləri və rayon sakinləri iştirak edib.

Ağacəkmə aksiyasında 2000 ədəd dekorativ və meyvə ağacları məktəbyanı sahədə əkilib.


Açar sözlər: ,  ,  ,