11.04.2019

Məktəblilər arasında mini-futbol çempionatı başlayıb

İmişli rayonun ümumi təhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında 11-16 aprel tarixdə mini-futbol üzrə keçirilən “Coca-Cola Məktəbli Kuboku” çempionatına start verilib. İmişli şəhər 5 saylı məktəb-liseydə keçirilən çempionatda ümumi təhsil məktəblərindən 18 komanda iştirak edir.

Yarışın keçirilməsində məqsəd məktəbliləri idmanın futbol növünə cəlb edərək idmanın bu sahəsini daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.

Coca-Cola şirkətinin sponsorluğu, AFFA-nın təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə ilə keçirilən çempionatın qalibi olan komanda yarışın zona mərhələsində iştirak edəcək.


Açar sözlər: ,  ,  ,  ,