15.04.2019

11-ci sinifdə təhsil alan şagird üçün buraxılış imtahanı keçirib

Aprelin 14-də Dövlət İmtahan Mərkəzi (DİM) İmişli rayonunun ümumi təhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagird üçün buraxılış imtahanı keçirib.

3 mərkəzdə keçirilən imtahanda 930 nəfər şagir iştirak edib. 3 saat davam edən imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yay qəbul imtahanları keçirilənədək elan olunması nəzərdə tutulur.


Açar sözlər: ,  ,