15.04.2019

Cəfərli kənd 2 saylı tam orta məktəb “Yaşıl məktəb” aksiyasına qoşulub

Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən start verdiyi “Yaşıl məktəb” aksiyasına İmişli rayon ümumtəhsil məktəbləri də qoşulub. Cəfərli kənd 2 saylı tam orta məktəbin həyətində məktəbin pedaqoji və şagird kollektivi tərəfindən meyvə ağacları, dekorativ ağac və güllər əkilib.

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

“Yaşıl məktəb” aksiya aprelin sonunadək davam edəcək.


Açar sözlər: ,  ,  ,