16.04.2019

Məktəblilər arasında mini-futbol çempionatı başa çatıb

İmişli rayonun ümumi təhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında 11-16 aprel tarixdə mini-futbol üzrə keçirilən “Coca-Cola Məktəbli Kuboku” çempionatı başa çatıb.

İmişli şəhər 5 saylı məktəb-liseydə keçirilən yarışda şəhər 2 saylı məktəbin komandası 1-ci, 7 saylı məktəbin komandası isə 2-ci yeri tutub.

Coca-Cola şirkətinin sponsorluğu, AFFA-nın təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə ilə keçirilən çempionatın qalibi olan şəhər 2 saylı məktəbin komandası yarışın zona mərhələsində iştirak edəcək.

Xatırladaq ki, yarışın keçirilməsində məqsəd məktəbliləri idmanın futbol növünə cəlb edərək idmanın bu sahəsini daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.


Açar sözlər: ,  ,