16.04.2019

“Yazıçı və dramaturqlarımız” adlı bədii gecə keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə yazıçı və dramaturq Nəcəf bəy Vəzirovun, Azərbaycanın detektiv yazıçısı Çingiz Abdullayevin yaradıcılığına həsr olunmuş bədii gecə keçirilib.

Bədii gecədə məktəbin 5 və 8-ci sinif şagirdləri, Azərbaycan dili və ədəbiyyatı müəllimləri iştirak edib. Qiraət gecəsi Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbirlərinin keçirilməsi ilə bağlı 4 mart 2019-cu il tarixli F-103 saylı əmrinin icrası ilə əlaqədar keçirilib.

Gecədə məktəbin müəllimi Zərifə Əbilova Nəcəf bəy Vəzirovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək onun milli ədəbiyyatımızın, teatr sənətimizin inkişafındakı misilsiz xidmətlərindən danışıb. O, Nəcəf bəy Vəzirovun Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan şəxsiyyət olduğunu, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin böyük bir mərhələsinin onun adı ilə bağlı olduğunu şagirdlərin diqqətinə çatdırıb.

Sonra məktəbin müəllimi İlahə Kazımova Azərbaycanın detektiv yazıçısı, nasir, publisist Çingiz Abdullayevin keçdiyi həyat yolu və yaradıcılığı barədə qısa məruzə ilə çıxış edib. O, Çingiz Abdullayevin “Dranqo” və “İnsan ovu” əsərləri haqqında şagirdlərə geniş məlumat verib.

Şagirdlərin ifasında Nəcəf bəy Vəzirovun «Balaca mütəfərrəqələr» başlığı altında burjua-mülkədar cəmiyyətinin içtimai eyiblərini açan felyetonlardan hazırlanmış səhnəciklər nümayiş olunub.

 


Açar sözlər: ,  ,  ,  ,