17.04.2019

Alimin kitab hədiyyəsi

AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Gültəkin Nəcəfli atası tanınmış mərhum pedaqoq Cəmil Horadizlinin 10 nüsxə “Kəndimizin tarixi faciəsi” kitabını İmişli rayonunun Əliqulular kənd tam orta məktəbinin kitabxanasına hədiyyə göndərib.

Xatırladaq ki, Cəmil Horadizli 1963-1967-ci illərdə Əliqulular kənd tam orta məktəbində və erməni işğlaından sonra isə Qulubəyli kənd tam orta məktəbində tarix müəllimi işləyib.

“Kəndimizin tarixi faciəsi” kitabında Horadiz yaşayış məntəqəsinin tarixi faciələri ilə bərabər, müəllifin İmişli məktəblərində çalışdığı vaxtların təəssüratları da öz əksini tapıb.

Məktəbin ilk müəllimlərindən olmuş Cəmil Horadizlinin kitablarını məktəbin kitabxanasına hədiyyə etdiyinə görə Gültəkin Nəcəfliyə məktəbin pedaqoji kollektivi öz təşəkkürünü bildirib.

 


Açar sözlər: ,  ,