18.04.2019

Şəhər 5 saylı məktəb-liseydə iclas keçirilib

Azərbaycan Respublikası təhsil nazirinin 12.04.2019-cu il tarixli K-405 nömrəli əmrindən irəli gələn vəzifələrlə bağlı Təhsil şöbəsi əməkdaşlarının, məktəb rəhbərlərinin iştirakı ilə İmişli şəhər 5 saylı məktəb-liseydə iclas keçirilib.

İmişli RTŞ-nin müdir əvəzi Vahid Tağıyev müvafiq əmrin həyata keçirilməsi və Təhsil Nazirliyinin 16.04.2019-cu il tarixli 05-14-523/13 nömrəli məktubundan irəli gələn vəzifələrlə bağlı tədbir iştirakçılarını tanış edib. O, məktəbdə sağlam, mənəvi-psixoloji mühitin formalaşması üçün məktəb rəhbərlərinin və müəllimlərin üzərinə düşən məsuliyyətdən, valideyn və şagirdlərlə birgə əməkdaşlığın yollarından danışıb. Təlimdə çətinlikləri, davranışında problemləri olan təhsilalanlarla işin sistemli təşkilində məktəb psixoloqu, valideynlərin birlikdə fəaliyyətinin aktuallığı və müxtəlif yollarından danışıb.

Tədbirdə təlim-tərbiyə prosesində hər bir şagirdə fərdi, şəxsiyyət kimi yanaşılması ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı rayonun ümumi təhsil məktəblərinin bütün sinif rəhbərləri tərəfindən “Hər bir şagirdi yaxından tanıyaq” layihəsini həyata keçirilməsi ideyası maraqla qarşılanaraq qəbul olunub.

Layihənin gələcəkdə həyata keçirilməsində məqsəd hər bir şagird  haqqında:  onların valideynləri, ailə tərkibi, ailəsində psixoloji mühit və həyat tərzi, onların sağlamlıq durumu, xasiyyət və xarakterik xüsusiyyəti, ünsiyyəti, davranışı, dünyagörüşü, fərdi qabiliyyətləri, uğurları, arzuları və onları narahat edən məsələlər və s. haqqında dolğun məlumatın toplanmasıdır.

Sinif rəhbərlərinin “Hər bir şagirdi tanıyaq” adlı qovluğunda toplayacağı məlumatlar vaxtaşırı yenilənəcək, şagirdlərin ətraflı öyrənilməsində və onların fənn müəllimləri, məktəb rəhbərləri, psixoloq və valideynlərlə birgə təhlil olunaraq tərbiyə olunmasında məlumat bazasına çevriləcək.

Sonda tədbir iştirakçıları mənəvi-psixoloji münasibətlərin təşkili istiqamətində müasir hədəflərdən irəli gələn vəzifələrin məktəblərdə həyata keçirilməsi, hesabatların və təkliflərin hazırlanması məqsədilə RTŞ-də yaradılmış işçi qrupla bağlı verilmş əmrlə tanış edilib.


Açar sözlər: ,  ,  ,  ,