19.04.2019

“Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə İmişli Rayon Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının təşkilatçılığı ilə 9-11-ci sinif şagirdlər arasında “Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə İmişli RTŞ-nin müdir əvəzi Vahid Tağıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği məqsədilə müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

YAP təşkilatının qərargahında keçirilən müsabiqədə rayon məktəblərindən 22 nəfər şagird iştirak edib.

İnşa yazıları İmişli RTŞ tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılıb. Yazılar Təhsil şöbəsində yaradılmış münsiflər heyəti tərəfindən yoxlanılacaq.


Açar sözlər: ,  ,