20.04.2019

Seminar keçirilib

İmişli rayonunun ümumi təhsil məktəblərinin rəhbərlərinin, rayon Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə 5 saylı məktəb-liseydə seminar keçirilib. Seminar Təhsil Nazirliyinin 16.04.2019-cu il tarixli 04-09-530/13 nömrəli məktubundan irəli gələn vəzifələrin icrasının tələblərə uyğun həyata keçirilməsi məqsədilə keçirilib.

Seminarda Təhsil şöbəsinin məsləhətçisi Əlisalam Həsənov rayonun ümumi təhsil müəssisələrində çalışan işçilərin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı yeni qaydalar barədə geniş məumat verib. O, qeyd olunan məsələlərlə bağlı mütəmadi olaraq monitorinqlərin keçiriləcəyini bildirb.

Sonda məsələ ilə bağlı müzakirələr aparılıb və məktəb rəhbərlərinin çoxsaylı sualları cavablandırılıb.


Açar sözlər: ,  ,