23.04.2019

“Kitab bilik mənbəyidir” adlı tədbir keçirilib

İmişli şəhər 3 saylı tam orta məktəbdə “Oxu Günü” ilə bağlı “Kitab bilik mənbəyidir” adlı tədbir keçirilib.

Tədbirdə təqdimatlarla çıxış edən şagirdlər müxtəlif dram əsərlərindən səhnələr təqdim edib və şeirlər söyləyiblər.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd şagirdlərin mütaliəyə diqqətin artırılması və onlarda oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın onların gündəlik həyatına daxil edilməsinə nail olmaqdır.


Açar sözlər: ,  ,  ,  ,