25.04.2019

Futbol üzrə rayon turnirinə start verilib

İmişli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı, YAP-ın İmişli rayon təşkilatının, İmişli rayon Gənclər və İdman İdarəsinin və UGİŞM-nin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə rayon turnirinə start verilib.

İmişli şəhər 5 saylı məktəb-liseydə keçirilən turnirdə rayonun ümumi təhsil məktəblərində oxuyan 2004-2005-ci il təvəllüdlü şagirdlərdən təşkil olunmuş 16 komandada 256 nəfər şagird iştirak edir.

Turnirin yekununda I və II yeri tutan komandalar təşkilatçılar tərəfindən müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Turnirin keçirilməsində məqsəd şagirdlər arasında vətənpərvərlik hissini daha da yüksəltmək  və futbolun kütləviliyini inkişaf etdirməkdir.


Açar sözlər: ,  ,  ,