01.05.2019

1-ci sinfə qəbul başa çatıb

2019-2020-ci tədris ilində İmişli rayonu ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyasının fəaliyyəti başa çatıb. Müsahibə komissiyasına müraciət etmiş 27 nəfərdən 25-i İmişli şəhər 5 saylı məktəb-liseyin rus bölməsinin 1-ci sinfinə qəbul olunub.

Xatırladaq ki, İmişli Rayon Təhsil Şöbəsində (RTŞ) yaradılmış komissiya uşaqların rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsini aşağıdakı meyarlar üzrə aparıb:

1) dinlədiyini anlayır,

2) ünsiyyət qurur,

3) öz fikrini sadə formada bildirə bilir,

4) adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir,

5) özü və ailəsi haqqında qısa məlumat verir.

Üç və üçdən artıq meyar üzrə müsbət rəy alanlar 1-ci sinifə qəbul olunub.


Açar sözlər: ,  ,