01.05.2019

Futbol üzrə rayon turniri başa çatıb

İmişli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı, YAP-ın İmişli rayon təşkilatının, İmişli rayon Gənclər və İdman İdarəsinin və UGİŞM-nin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə rayon turniri başa çatıb.

İmişli şəhər 2 saylı tam orta məktəbin komandası 1-ci yeri tutaraq turnirin qalibi olub, Bəcirəvan kənd tam orta məktəbin komandası isə 2-ci yerin sahibi olub.

Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xatırladaq ki, turnir rayonun ümumi təhsil məktəblərində oxuyan 2004-2005-ci il təvəllüdlü şagirdlər arasında keçirilib.


Açar sözlər: ,  ,