03.05.2019

“Mənə öz sabahı və gələcəyi üçün ümid dolu gözlərlə baxan şagirdlərim bu peşədə qazandığım əvəzsiz xoşbəxtliyimdir” - Aygün Həbibullayeva

Aygün Həbibullayeva 1982-ci ildə Oguz rayonunun Muxas kəndində anadan olub. O, 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının İbtidai təhsilin pedaqogikası və metodikası  fakültəsini bitirib və 2005-ci ildən Aranlı kənd 1 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb.

Aygün müəllim müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində (DQ) ən yüksək – 57 bal toplayıb. O, fəaliyyət göstərdiyi məktəbdən gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə diplom və təşəkkürnamələrlə təltif olunub.

14 ildir ki, müəllimlik adını daşıyan Aygün müəllim deyir ki, “Mənə öz sabahı və gələcəyi üçün ümid dolu gözlərlə baxan şagirdlərim bu peşədə qazandığım əvəzsiz xoşbəxtliyimdir.”