07.05.2019

Ələmdar Quliyev İmişli RTŞ-nin müdiri vəzifəsinə təyin edilib

İmişli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ələmdar Quliyev İmişli Rayon İcra Hakimiyyəti başçısının 03 may 2019-cu il tarixli 79 nömrəli əmri ilə İmişli RTŞ-nin müdiri vəzifəsinə təyin edilib.

Ələmdar Quliyev 1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim, 1999-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə İmişli RTŞ-də metodist, 2006-2019-cu illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb.

Evlidir, 2 övladı var.