08.05.2019

4-cü sinif şagirdləri Heydər Əliyev Mərkəzində olub

İmişli rayonu Boşçallar kənd tam orta məktəbin 4-cü sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Məktəbin ibtidai sinif müəllimi Xalidə Vəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Zabit İsmayılovun təşkilatçılığı ilə təşkil olunan ekskursiyanın məqsədi ulu öndərin irsinin şagirdlərə öyrədilməsi olub.

Onlar muzeydə ulu öndərin həyatını, fəaliyyətini, vətənə və xalqa xidmətlərini əks etdirən eksponatlarla tanış olublar.


Açar sözlər: ,  ,  ,