10.05.2019

“Çiçəklənən Azərbaycan” adlı tədbir keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Çiçəklənən Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev və müdir müavini Vahid Tağıyev iştirak edib.

Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar və şagirdlər hazırladıqları əl işləri barəsində iştirakçılara məlumat veriblər. Tədbirdə çıxış edən müəllim və şagirdlər ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti və rəhbərliyi dövründə apardığı uğurlu siyasəti barədə geniş məlumat verib, onun müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar və tarixi xidmətlərindən danışıblar.

Sonra şagirdlərin ifasında ümummilli liderə həsr olunan şeirlər səsləndirilib.


Açar sözlər: ,  ,  ,  ,  ,