14.05.2019

Şagirdlər Tarix-Diyarşünaslıq muzeyində və Heydər Əliyev Mərkəzində olublar

İmişli rayonu Şahverdili kənd tam orta məktəbin 5-ci sinif şagirdləri rayonun Tarix-Diyarşünaslıq muzeyində və Heydər Əliyev Mərkəzində olublar.

Tarix-Diyarşünaslıq muzeyində olan şagirdlərə bələdçi Kür-Araz mədəniyyətindən başlayaraq XX əsrin birinci yarısına qədərki dövrü özündə əks etdirən maddi-mədəniyyət nümunələri haqqında məlumat verib.

Sonra Heydər Əliyev Mərkəzində olan şagirdlər muzeydə ulu öndərin həyatını, fəaliyyətini, vətənə və xalqa xidmətlərini əks etdirən eksponatlarla tanış olublar.

Ekskursiyanın məqsədi tariximizin müxtəlif dövrlərinə aid maddi-mədəniyyət nümunələri və ulu öndərin irsinin şagirdlərə öyrədilməsi olub.


Açar sözlər: ,  ,