15.05.2019

İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii gecə keçirilib

İmişli şəhər 2 saylı tam orta məktəbdə Azərbaycanın böyük şairi  İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii gecə keçirilib. Tədbirdə İmişli RTŞ-nin nümayəndəsi, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib.

Bədii gecədə əvvəlcə böyük şairin həyat və yaradıcılığından bəhs edən və Nəsimi dövrünü özündə əks etdirən videoçarx və “Nəsimi” filmindən fraqmentlər göstərilib.

Çıxış edən məktəbin direktoru Famil Fərəcov İmadəddin Nəsiminin yubiley tədbirlərinin keçirilməsinin əsas məqsədlərindən biri onun fəlsəfi düşüncələrinin ümumbəşəri dəyərlərə söykənməsi ilə bağlı olduğunu bildirib. O, Nəsimi yaradıcılığının insanın bəşəriyyətin inkişafında yeri, rolu və mahiyyətinin öyrənilməsinə həsr etdiyini diqqətə çatdırıb və onun əsərlərinin bütün dövrlər üçün aktual olduğunu qeyd edib. O, böyük şairin nəinki Azərbaycan, eləcə də Yaxın Şərq ədəbiyyatında önəmli mövqeyə malik olduğunu vurğulayıb.

Tədbirdə şagirdlər tərəfindən Nəsiminin lirik şeirlərindən parçalar oxunub və xüsusilə də “Sığmazam” qəzəli iştirakçılarda böyük maraq doğurub.


Açar sözlər: ,  ,  ,  ,