18.05.2019

“Ana dili” bayramı keçirilib

İmişli rayonunun Buludlu kənd tam orta məktəbində birincilərin “Ana dili” bayramı keçirilib. Bayram tədbirində pedaqoji kollektivlə yanaşı, valideynlər də iştirak edib.

Məktəbin direktoru Əli Nəcəfov tədbirdə çıxış edərək Azərbaycan dilinin formalaşması tarixindən, ədəbi dilin zənginliyindən, qonşu xalqların dili və mədəniyyətinə təsirindən və bu dildə yaranan qiymətli ədəbi xəzinələrdən danışıb. Məktəblərdə daha yaxşı şəraitin yaradılmasından və şagirdlərin üzərinə düşən vəzifələrdən danışaraq birinciləri bayram münasibətilə təbrik edib.

“Ana dili” bayramı birincilərin ən sevimli bayramıdır. Əlifba bütün elmlərin açarı və insanları elmə aparan yoldur. Ona görə də, ənənəvi olaraq birincilər əlifbanı öyrənib başa çatdırdıqdan sonra bunu xüsusi bir bayram kimi qeyd edirlər.

Birincilər bütün hərfləri tanıdıqlarını və sərbəst oxuduqlarını müxtəlif üsullarla, tamaşalarla nümayiş etdirməklə yanaşı maraqlı musiqi və rəqslərlə bayram tədbirini unudulmaz xatirəyə çeviriblər.