20.05.2019

V məktəblilərarası fənn müsabiqəsinin rayon mərhələsi keçirilib

Mayın 19-da İmişli şəhər 5 saylı məktəb-liseydə ümumitəhsil məktəblərinin 6-7-ci sinif şagirdləri arasında V məktəblilərarası fənn müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqədə 298 nəfər şagird iştirak edib. Fənn müsabiqəsi aşağıdakı fənlər üzrə keçirilib:

    Riyaziyyat fənni üzrə - 6-cı siniflər

    İnformatika fənni üzrə - 6-cı siniflər

    Kimya fənni üzrə - 7-ci siniflər

    Biologiya fənni üzrə - 7-ci siniflər

    Fizika fənni üzrə - 7-ci siniflər

Fənn müsabiqəsinin bu mərhələsində şagirdlərə seçdiyi fənnə müvafiq olaraq müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlar verilib. Belə ki, şagirdlərə 3 saat ərzində 25 fənn, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən isə 25 məntiqi sual olmaqla cəmi 50 test tapşırığı təqdim olunub.

Müsabiqənin nəticələri 27.05.2019-cu il tarixdən etibarən www.olimpiada.edu.az saytında elan olunacaq.


Açar sözlər: ,  ,  ,