21.05.2019

Mikayıl Müşfiqə həsr olunmuş ədədi-bədii gecə keçirilib

Yalavac kənd tam orta məktəbdə ölməz şairimiz Mikayıl Müşfiqə həsr olunmuş ədədi-bədii gecə keçirilib.

Tədbirdə məktəbin direktoru Niyar Fərəcova çıxış edərək Mikayıl Müşfiqin dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılıq və Azərbaycanımızı böyük məhəbbətlə sevməsinin açıq-aydın hiss olunmasından danışıb. Onun şeirlərində əks olunan türkçülük ideyalarının qısa şair ömrünün ən mənalı qayəsi olduğunu bildirib.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hüseynova Röyalə şairin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. Mikayıl Müşfiq şəxsiyyətinin milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığının isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində əvəzsiz xəzinələrdən olduğunu bildirib. O, cəmi otuz il yaşamış romantik, həyat və yaşamaq ehtirası ilə yanan Mikayıl Müşfiqin bu gün də, illər sonra da yaddaşlarda yaşayacağnı və İllər keçsə də, Müşfiq poeziyasının, Müşfiq romantizminin qəlblərdən silinməyəcəyini vurğulayıb.

Ədəbi-bədii gecədə məktəbin 7-ci sinif şagirdi Əsmər Qarayeva “Ana”, 8-ci sinif şagirdi Nəzrin Abışzadə “Yenə o bağ olaydı” şeirlərini və 9-cu sinif şagirdləri Xanım Mustafayeva və Gülgəz Kazımova isə “Qal, sənə qurban” mahnısını çox böyük məharətlə ifa ediblər.

Şairin “Yağış”, “Yaşa könül”, “Söylə”, “Həyat sevgisi” və “Küsmərəm” şeirləri də şagirdlər tərəfindən maraq doğuran məharətlə səsləndirilib. Sonda şagirdlərin ifasında şairin “Şəngülüm, Şüngülüm və Məngülüm” təmsili əsasında səhnələşdirilmiş tamaşa göstərilib.


Açar sözlər: ,  ,  ,  ,