23.05.2019

“Reproduktiv sağlamlıq” mövzusunda seminar keçirilib

İmişli Rayon Təhsil Şöbəsində “Reproduktiv sağlamlıq” mövzusunda seminar keçirilib. Seminarda Təhsil şöbəsinin metodisti Məlahət İmanova, rayonun ümumtəhsil məktəblərinin 6-7-ci siniflərində dərs deyən biologiya müəllimləri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd reproduktiv sağlamlığın qorunması, düzgün qidalanma və həyat tərzi, yeniyetməlik dövrünün xüsusiyyətləri, bu dövrdə yaşanan dəyişikliklərlə bağlı sagirdlərin maarifləndirilməsidir.

Seminarın sonunda müəllimlərə 6-7-ci sinifdə oxuyan qız şagirdlərinə paylamaq üçün buklet və gigiyenik vasitələr paylanılıb.