01.06.2019

Uşaqlar üçün silsilə tədbirlər keçirilib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar İmişli rayonunun ümumi təhsil məktəblərində tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər bu bayramın 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edildiyini və dünyada irqindən, dinindən asılı olmayaraq bütün uşaqların hüquqlarının qorunmasının zəruriliyinə əsaslandığını bildiriblər. Onlar Azərbaycanın müstəqil dövlət olaraq 1992-cı ildə bu qurumun Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulduğunu diqqətə çatdırıblar. Bununla bərabər, ölkənin ümumitəhsil məktəblərində Təhsil Nazirliyi və rayonun məktəblərində isə İmişli Rayon Təhsil Şöbəsi tərəfindən davamlı şəkildə uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Tədbirlərdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar, milli rəqslər və mahnılar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,  ,