04.06.2019

Respublika fənn olimpiadasının qalibləri

Həmsöhbətimiz Respublika fənn olimpiadasının riyaziyyat fənni üzrə bürünc mükafatçısı İmişli şəhər 1 saylı məktəb-liseyin 11-ci sinif şagirdi Turqut Ağaşov və coğrafiya fənni üzrə isə Xəlfəli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xan Həsənlidir.

 

 

 

-Turqut, niyə riyaziyyatla məşğul olmağa qərar verdin?

-Valideynlərim məndə riyaziyyata böyük sevgi aşılayıblar, uşaqlıqdan müxtəlif tapşırıqlar veriblər, həllində isə kömək etməyiblər. Riyaziyyatla mən bilavasitə ətrafıma istiqamətlənərək maraqlanırdım. Həm də sinif yoldaşlarımın bir çoxu riyaziyyatla məşğul olur. Bunların da bu işdə mənə təsiri çox olub.

-Sən olimpiadaya necə hazırlaşırdın? Hər hansı bir xoşbəxt ritualların varmı?

-Müəllimlərimlə hazırlaşmışam. Şübhəsiz ki, hər kəsin öz "ənənələri"və ya" mərasimləri" var. Qoyun bu sirr olaraq qalsın.

-Elə hallar olur ki, hər hansı bir məsələni heç həll edə bilmirsən?

-Bu, çox az hallarda baş verir, elə də olur ki, bəzi məsələləri bir həftə ərzində həll edirəm. Amma, belə hallarda mütləq müəllimlərimlə və ya dostlarımla müzakirələr aparıb yeni bir yanaşma axtarıram.

-Gələcəkdə nə ilə məşğul olmaq istəyirsən?

-Düzünü desəm, tam dəqiq bilmirəm. Riyaziyyatla bağlı bir şeylə, çünki riyaziyyatla məşğul olmağı daha çox sevirəm. Və bu iş hobbimlə üst-üstə düşdüyünə görə mənim üçün həyat qələbəsidir. Əgər alınsa, uzaq gələcəkdə öz biznesimi yaradacağam.

-Əgər heç cür həll edə bilmədiyin bir məsələ ilə rastlaşırsansa, nə edirsən?

-Həll edə bilməsəm də onu kənara qoymuram. Amma, təxirə salıram və bir müddət sonra yenidən onun həllinə qayıdıram.

-Buraxılış imtahanının və ali məktəblərə qəbul imtahanının birinci mərhələsinin nəticəsinə əsasən, I qrup üzrə 675 bal toplamısan. Bəs bu nəticəni artırmaq istəyirsənmi?

-Əllbətə, yenə imtahana gedəcəm. Bur dəfə isə hədəfim rayon üzrə ən yüksək nəticə əldə etməkdir.


 

 

 

-Xan, olimpiadada iştirakınızı necə dəyərləndirirsən?

-Hesab edirəm ki, birinci turda daha yaxşı çıxış edə bilərdim, amma ikinci turda mən bilən bacardığımı göstərdim, bildiyim hər şeyi yazdım.

-Olimpiadaya görə narahat idin?

-İkinci tura getməzdən əvvəl çox böyük həyəcanım var idi, sonra isə olimpiadaya yola düşən kimi bütün həyəcanlarım yoxa çıxdı.

-Olimpiadada sənə ən çətin nə oldu?

-Düşünürəm ki, ilk tur. Ona görə ki, ilk dəfə idi ki, olimpiadada iştirak edirdim. Amma, buna baxmayaraq, hesab edirəm ki, öhdəsindən gəldim.

-Nəticəndən razısan?

-Yox, mən məyus edən qızıl medala deyil, bürünc medala sahib olmağım oldu.

-Xan, bürünc medal qazandığın üçün necə dilxor olmaq olar?

-Axı qızıl deyil, deməli daha yaxşı çalışmaq lazım idi.

-Olimpiadada qalib olduğunu biləndə səni ilk təbrik edən kim oldu?

-Əlbəttə, valideynlərim, müəllimlərim, sinif yoldaşlarım və dostlarım.

-Final turundakı cavablarınızı necə qiymətləndirirsiniz?

-Nəticələr məlum olanadək qalib olacağıma inamım var idi. Amma, qabaqcadan bilmək mümkün deyildi. Əlbəttə, qələbəyə ümid bəsləyirdim, amma çox şey yalnız nəticədən asılı idi. Çalışacağam ki, gələn ildə daha yaxşı iştirak edib qızıl medal alım.

-Təhsilini başa vurandan sonra nə ilə məşğul olmağı planlaşdırırsan?

-Mən elmlə məşğul olmaq, elmlərin qovuşuğunda çətin məsələləri həll etmək istəyirəm.