07.06.2019

“Gənc istedadlar” adlı bilik yarışı keçirilib

İmişli rayonu Axıcanlı kənd tam orta məktəbində “Gənc istedadlar” adlı bilik yarışı keçirilib. Bilik yarışı “Nəsimi ili” ilə əlaqədar olaraq böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub.

Yarışda məktəbin yuxarı sinif şagirdlərindən təşkil olunmuş “Nəsimi”, “Füzuli” və “Nizami” komandaları iştirak edib.

Komandalar Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin həyat və yaradıcılığına aid sualları cavablandıraraq biliklərini sınaqdan keçiriblər.

Yarışın yekun nəticəsi olaraq “Nizami” komandası daha çox xal toplayaraq yarışın qalibi olub.

Sonda məktəbin direktoru Xalıq Həsənov qalib komandanın kapitanı Leyla Məmmədovaya fəxri fərman təqdim edib.


Açar sözlər: ,  ,  ,