10.06.2019

Buraxılış imtahanının ikinci mərhələsi keçirilib

İyunun 9-da Dövlət İmtahan Mərkəzi (DİM) İmişli rayonunun ümumi təhsil müəssisələrinin şagirdləri üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının ikinci mərhələsini keçirib. 3 mərkəzdə keçirilən imtahanda 1150 nəfər şagir iştirak edib.

3 saat davam edən imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tapşırıq təqdim edilib. 

İmtahanının nəticələri yaxın günlərdə elan ediləcək.


Açar sözlər: ,  ,