10.06.2019

“Ana dili” bayram tədbiri keçirilib

İmişli rayonunun Hacıbablı kənd ümumi orta məktəbində birincilərin “Ana dili” bayram tədbiri keçirilib. Məktəbin pedaqoji kollektivi ilə yanaşı, valideynlərin də iştirakı ilə keçən tədbir gözəl tərtibat, dekorasiya fonunda təşkil olunub.

“Ana dili” bayramı birincilərin ən sevimli bayramıdır. Əlifba bütün elmlərin açarı və insanları elmə aparan yoldur. Ona görə də, ənənəvi olaraq birincilər əlifbanı öyrənib başa çatdırdıqdan sonra bunu xüsusi bir bayram kimi qeyd edirlər. Hərfləri öyrənib-tanımadan heç bir oxu-yazı bacarığına, qabiliyyətinə malik olmaq mümkün deyil. Ona görə də bütün hərfləri tanımaq, onları yazı ilə ifadə etmək lazımdır.  

Tədbirdə şagirdlərin ifasında “Turpun nağılı”, “Tıq-tıq xanımın nağılı” “İncinin cavabı” və “Biz kimik” səhnələri nümayış olunub.

Birincilər tədbirdə bütün hərfləri tanıdıqlarını və sərbəst oxuduqlarını müxtəlif üsullarla, tamaşalarla nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,