19.06.2019

Məktəb rəhbərlərinin iştirakı ilə iclas keçirilib

İmişli Rayon Təhsil Şöbəsində 2018-2019-cu dərs ilinin başa çatması ilə bağlı məktəb rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

İclasın keçirilməsində məqsəd 2018-2019-cu dərs ilində görülən işlərin nəticələrini bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və məktəblərdə dərs ilinin yekunu ilə bağlı sənədləşmə işlərinin mövcud təlimata uyğun yekunlaşdırılması ilə əlaqədar tapşırıqların verilməsi olub.

İclasda 2018-2019-cu dərs ilində Təhsil nazirliyinin əmr və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyəti, dərs ili ərzində İmişli rayonunda təhsilin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər, məktəbdaxili qiymətləndirmə, şagirdlərin dərsə davamiyyəti, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri və digər mövzular ətrafında müzakirələr aparılıb.