22.07.2019

İmişli müəllimləri respublika pedaqoji mühazirələrində uğur qazanıblar

Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin 15 iyul 2019-cu il tarixli F-446 №li əmrinə əsasən İmişli şəhər 3 saylı tam orta məktəbin rus dili müəllimi Şəlalə Rəhimova III dərəcəli diplomla və şəhər 1 saylı məktəb-liseyin coğrafiya müəllimi Rəhilə Şükürova isə tərifnamə ilə təltif olunub.

Pedaqoji mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstərcilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir.

Xatırladaq ki, pedaqoji mühazirələrin rayon mərhələsi bu ilin mart-aprel aylarında keçirilib.


Açar sözlər: ,  ,  ,